A

UNEC-in Beynəlxalq iqtisadiyyat məktəbinin (ISE) kollektivinin ölkənin aparıcı lisey və məktəblərinə səfərləri davam edir.

Bu dəfəki görüş “XXI ƏSR” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin və  Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri ilə olub.

“XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində  ISE-nin direktoru İnarə Rzayeva və  “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimi Məryam Ədilxanova, Dəyanət Liseyində isə İnara Rzayeva ilə ISE-nin maliyyə ixtisasının tələbəsi, Prezident təqaüdçüsü, ISE mentoru və Dəyanət liseyinin məzunu Günay Şamilzadə olub.

Görüş zamanı 10-11-ci sinif şagirdlərinə UNEC və Beynəlxalq İqtisadiyyat Məktəbi haqqında ətraflı məlumat verilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

UNEC  barədə təqdimatı maraqla qarşılayan məktəbin rəhbəliyi və şagirdlər bu cür görüşlərin keçirilməsinin faydalı olduğunu bildiriblər. İnara Rzayeva abituriyentlərin “UNEC-də bir gün” layihəsi çərçivəsində universitetlə daha yaxından tanış ola biləcəklərini də onların diqqətinə çatdrıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay