A

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin Tədbirlər Planı çərçivəsində “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Fəridə Qurbanova və müəllim Reşad Əbilzadə Kainat Tədris Mərkəzində abituriyentlərlə görüşüblər.

Görüş zamanı abituriyentlərə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) missiyası və əsas dəyərləri, beynəlxalq reytinqlərdə mövqeyi və əldə etdiyi nailiyyətlər, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, mövcud ixtisaslar barədə ətraflı məlumat verilib. Eyni zamanda UNEC-də tətbiq olunan innovativ idarəetmə sistemi, tədris və imtahan prosesinin təşkili, tələbə təqaüdləri, mübadilə və beynəlxalq ikili diplom proqramları, UDİD və MİNOR proqramları, Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti, eləcə də universitetdə fəaliyyət göstərən tələbə təşkilatları haqqında təqdimat aparılıb.

Tədbirin sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkdirilib.

TOP XƏBƏRLƏR