UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Fəridə Qurbanova və müəllimi Reşad Əbilzadə maarifləndirici görüş Hədəf kurslarında abituriyentlərlə görüş keçiriblər.
Görüş zamanı kafedranın əməkdaşları abituriyentlərə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) missiyası və əsas dəyərləri, beynəlxalq reytinqlərdə mövqeyi, əldə etdiyi nailiyyətlər və tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri haqqında ətraflı məlumat veriblər. Eyni zamanda, İqtisadiyyat və İdarəetmə fakültəsində tədris olunan ixtisaslar barədə təqdimat həyata keçirilib.
Bununla yanaşı, UNEC-də tətbiq olunan innovativ idarəetmə sistemi, tədris və imtahan prosesinin təşkili, tələbələr üçün nəzərdə tutulan təqaüd imkanları, mübadilə və beynəlxalq ikili diplom proqramları, UDİD və MİNOR proqramları, eləcə də Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti barədə iştirakçılara geniş məlumat təqdim olunub.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.