A

UNEC nümayəndə heyəti Gürcüstana işgüzar səfər çərçivəsində bir sıra məktəblərdə infosessiyalar keçirib.

Səfərdə Maliyyə və Mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev, Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı, dosent Elman Cəfərov və Beynəlxalq Əməkdaşlıq Departamentinin Strateji inkişaf şöbəsinin mütəxəssisi Elvin Nəsirov iştirak ediblər. Nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Marneuli, Bolnisi, Qardabani və Dmanisi rayonlarında Resurs mərkəzlərinin rəhbərləri və məktəb direktorları ilə görüşlər keçirib.

Görüşlərin əsas məqsədi UNEC-in təklif etdiyi təhsil proqramları, qəbul şərtləri, əcnəbi tələbələr üçün imkanlar və digər təhsil üstünlükləri barədə məktəbliləri məlumatlandırmaq olub.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşlərdə iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay