×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder index.html silmək alınmadı


A

Məktəblilərin UNEC-in üstünlükləri barədə məlumatlandırılması məqsədilə həyata keçirilən layihə çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti ilə Bakı şəhəri 20 və 6 saylı məktəb-liseylərin, 132-134 nömrəli liseyin və 157 saylı tam orta məktəbin şagirdləri arasında görüşlər keçirilib.

Görüşlərdə “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının əməkdaşları dosentlər Adik Məmmədov, Fəridə Qurbanova, İbrahim Quliyev, baş müəllim Fidan Qurbanova və müəllim Reşad Əbilzadə iştirak ediblər.

Tədbir zamanı məktəblilərə UNEC-in tarixi, fakültələri, ixtisasları, təhsil imkanları, beynəlxalq proqramlar, tələbə həyatı, təqaüd sistemləri, Kitabxana-İnformasiya Mərkəzi və tələbə təşkilatları haqqında ətraflı məlumat verilib.

Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların gələcək ixtisas seçimi ilə bağlı fikirləri dinlənilib.

TOP XƏBƏRLƏR