A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov və “Mühəndislik və tətbiqi elmlər” kafedrasının ixtisas rəhbəri dosent Azər Məmmədov “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Yardımlı şəhər M.F.Axundov adına 1 nömrəli, V.H.Məmmədov adına 2 nömrəli, M.Xanıyev adına 3 nömrəli və V.M.Nəciyev adına 4 nömrəli tam orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər.

Görüşdə şagirdlərə Universitetin tarixi, missiyası, əsas dəyərləri, beynəlxalq reytinqlərdə mövqeyi, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, akademik heyəti və infrastrukturu, tədris olunan ixtisaslar, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, və s. barədə ətraflı məlumat verilib. Həmçinin şagirdlər universitetdə kadr hazırlığı aparılan mühəndislik ixtisaslarının mahiyyəti, perspektivləri, onlara xidmət edən tədris və elmi-tədqiqat laboratoriyaları, məzunların karyera imkanları haqqında məlumatlandırılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR