Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov və “Mühəndislik və tətbiqi elmlər” kafedrasının ixtisas rəhbəri dosent Azər Məmmədov “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli, H.Aslanov adına 3 nömrəli, R.Məmmədov adına 5 nömrəli, Lənkəran rayonu Q.Zeynalov adına Darquba kənd, R.Dadaşov adına Sütəmurdov kənd tam orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər.
Görüşdə şagirdlərə Universitetin tarixi, UDİD və MİNOR proqramları, missiyası, əsas dəyərləri, beynəlxalq reytinqlərdə mövqeyi, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, akademik heyəti və infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılı.