Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) nümayəndələri tyutor Aygün Məmmədova, tələbələr Aynurə Atakişiyeva və Nuran Ağazadə Bakı şəhəri Texniki-Humanitar Liseyində təşkil olunmuş abituriyentlərlə görüşdə iştirak ediblər.
Görüş zamanı tyutor Aygün Məmmədova UNEC və ISE-nin fəaliyyəti, tədris prosesi, qəbul şərtləri, təhsil formaları və universitetdə tələbə olmaqla əldə olunan imkanlar barədə ətraflı təqdimatla çıxış edib. O, həmçinin universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları, xaricdə təhsil imkanları, eləcə də UNEC-in tələbələrinə təqdim etdiyi akademik və sosial üstünlükləri vurğulayıb.
Tədbirdə həmçinin ISE -nin tələbələri Nuran Ağazadə və Aynurə Atakişiyeva abituriyentlərlə səmimi şəkildə öz tələbəlik təcrübələrini bölüşüblər. Onlar liseyi bitirdikdən sonra UNEC-ə qəbul prosesi, təhsil aldıqları müddətdə qazandıqları bilik və bacarıqlar, universitetin onlara yaratdığı imkanlar və gələcəkdə planlaşdırdıqları akademik və peşəkar hədəfləri haqqında ətraflı məlumat veriblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.