A

UNEC-in professor-müəllim heyəti Gəncə və Mingəçevir şəhərinin məktəb və liseylərinin yuxarı sinif şagirdləri ilə görüşlər keçiriblər.

UNEC-in təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, orada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə təşkil olunan görüşlərdə şagirdlərlə yanaşı, təhsil şöbəsinin nümayəndələri və valideynlər də iştirak ediblər.

“Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri, dosent Əli Hacıyev, “Standartlaşdırma və sertifikasiya” kafedrasının professoru Məhəmmədəli Nuriyev və  “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosenti Sadiq Nəzərəliyev görüş zamanı abituriyentlərə UNEC barədə ətraflı məlumat veriblər, onlara ixtisas seçimində dəstək olublar.

Nümayəndə heyəti Mingəçevir şəhərində Texniki humanitar təmayüllü liseydə, Təbiət-riyaziyyat və humanitar elmlər üzrə liseydə və 15 nömrəli tam orta məktəbdə olublar. Gəncə şəhərində isə  2 saylı internat tipli xarici dillər təmayüllü gimnaziyanın, 27 saylı riyaziyyat-informatika təmayüllü liseyin, 1, 4, 6, 14, 18, 22, 23, 25, 27, 28, 30, 39 və 44 nömrəli tam orta məktəblərin şagirdləri ilə görüşüblər.

Görüşlərdə abituriyentləri və valideynləri maraqlandıran suallar cavablandırılıb, onlara məlumat bukletləri və əyani vəsaitlər paylanılıb. Bildirilib ki, abituriyentlər UNEC barədə suallarını universitetin rəsmi Facebook səhifəsinə ünvanlaya bilərlər. Həmçinin “UNEC-də bir gün” layihəsində iştirak edərək universitetlə daha yaxından tanış ola bilərlər. 

TOP XƏBƏRLƏR