A

UNEC-in təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, orada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə təşkil olunan növbəti səfər Quba, Salyan və Mingəçevir rayonlarına olub.

UNEC-in dosenti Təranə Əliyevanın, baş müəllimlər Tahirə Kərimova, Azər Məmmədov Quba rayonunda səfərdə olarkən, rayonun 3,5 saylı məktəblərində, Qırmızı qəsəbənin 1 saylı məktəbində şagirdlərlə görüş keçiriblər.   Dosentlər Hənifə Cəfərli, İlqar Rəcəbov və dekan müavini Elbrus Əkbərov Mingəçevir şəhərinin orta məktəblərində, İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Teymur Sərxanov isə Salyan məktəblərində abituriyentlərlə görüşüblər.

Görüşlərdə universitetin professor-müəllim heyəti şagirdlərə bütün ixtisas qrupları üzrə, fakültələr və tədris olunan ixtisaslar barədə ətraflı məlumat veriblər. Təhsilin 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində aparıldığı, tədris prosesinin tamamilə elektronlaşdırıldığı qeyd edilib. UNEC-in Amerika və Avropa universitetləri ilə ikili diplom və mübadilə proqramları və onların qazandırdıqları üstünlüklər də şagirdlərin diqqətinə çatdırılıb. Beynəlxalq olimpiada qaliblərinə, 600 və daha yüksək bal toplayan tələbələrə əlavə olaraq bir semestr boyu aylıq 100 manat xüsusi təqaüd verilməsini, həmçinin hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbəyə universitet hesabına ikinci əlaçı təqaüdünün verildiyi bildirilib.

Görüşdə UNEC və onun fəaliyyəti barədə geniş məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, bukletlər paylanılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay