A

“UNEC-i tanı” layihəsi ixtisas seçimi ərəfəsində abituriyentlərə dəstək olmağa davam edir.

Layihə çərçivəsində abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat verilir. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstərilir.

Xatırladaq ki, 600 və daha yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlər bir semestr boyu hər ay 100 AZN məbləğində təqaüd qazanmaq şansı əldə edirlər.

Bundan əlavə, Avropanın aparıcı universitetlərinin diplomuna UNEC-də sahib olmaq mümkündür. UNEC tələbələri 4 il ərzində  Fransanın Montpellier Universiteti və Fransanın Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbinin diplomunu əldə edə bilirlər.

Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə tələbə qəbulu həyata keçirilir.

Layihədə iştirak etmək istəyənlər 18-46 “Qaynar xətti”nə və ya 492-60-43 telefon nömrələrinə zəng etməklə qoşula, həmçinin UNEC-in rəsmi Facebook səhifəsinə yaza bilərlər.

Azərbaycanın regionunda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlərin müraciətləri isə UNEC-in rəsmi Facebook səhifəsində cavablandırılır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay