A

UNEC Təcrübənin Təşkili Şöbəsi Hilton Baku oteli ilə birlikdə təcrübə proqramı təklif edir. 

Təcrübə proqramının müddəti 6 ay təşkil edir. Tələbələr həftədə maksimum 30 saat, gündə isə maksimum 6 saat olmaqla, təcrübə keçə bilirlər. Gündə bir dəfə qidalanma şirkət tərəfindən təmin olunur.

Təcrübə proqramını bitirən tələbələr Hilton Baku tərəfindən təcrübəni təsdiqləyən sertifikat ilə təmin olunurlar. 

Otelin müxtəlif şöbələrinə təcrübəçilər qəbul edilir:

  • İnsan resursları şöbəsi
  • Maliyyə və təchizat şöbəsi
  • Təsərrüfat şöbəsi
  • Qida və içki şöbəsi
  • Satış və marketinq şöbəsi
  • SPA şöbəsi
  • Mühəndislik şöbəsi (texniki mühəndislik nəzərdə tutulur).

Təcrübəçiyə tələb yalnız UNEC tələbəsi olması və dil biliklərinə (ingilis, rus)  malik olmasıdır. 

Maraqlanan və uyğun ixtisaslar üzrə namizədlər “mövzu” yerində “Hilton təcrübə” qeyd edərək, 17 oktyabr 2022-ci il tarixinədək CV-lərini Təcrübənin təşkili şöbəsinin qeyd olunmuş elektron ünvanlarına göndərə bilər: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR