A

Code Academy-nin şagirdləri və müəllim heyəti UNEC-də bir gün keçiriblər.

Code Academy neft işçilərinin övladları üçün, “Gələcəkdəsən” adlı pilot layihəsini həyata keçirir. Layihə çərçivəsində abituriyentlər UNEC-ə səfər edərək, universiteti yaxından tanımaq şansı qazanıblar.  

UNEC-in Əsas tədris binasında olan abituriyentlərə Tədris üzrə prorektor dosent Gəray Musayev universitetdəki ixtisaslar, tədris prosesi, imtahanların təşkili, elektron universitet modeli, Amerika, Avropa və Türkiyənin aparıcı universitetləri ilə ikili diplom proqramları, xüsusi təqaüd və digər təhsil imkanları barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Sonra abituriyentlər üçün UNEC-də infotur da təşkil olunub. Onlar oxu zalı, 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, Bloomberg laboratoriyası, Extern Mərkəzi ilə tanış olublar. Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, 24/7 kitabxanasının müdiri Arzu Məmmədova, Bloomberg laboratoriyasının direktoru Səidə Xəlil, Beynəlxalq Əməkdaşlıq Departamentinin şöbə müdiri Afət Ələkbərova, Extern Mərkəzinin əməkdaşları abituriyentlərlə görüşərək, universitet haqqında əlavə məlumat veriblər, onların suallarını cavablandırıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay