A

Azərbaycan Dövlət İqtisad Universitetinin Enerji İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə Təhsilə Dəstək və İnvestisiya Fondu (Education Support & Investment Fund, Gürcüstan, Tbilisi) və Beynəlxalq Elmi-Tədqiqat və Tədris Mərkəzinin (MTÜ International Research, Education & Training Center, Estonia, Tallin) birgə iştirakı əsasında 28-29 aprel 2023-cü il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Yaşıl energetika: yeni konseptual baxış və multiplikativ effektlər” mövzusunda IV Beynəlxalq Elmi-Praktik virtual konfrans keçirilib.

Konfransın gündəliyi əsasən yaşıl iqtisadiyyat, yaşıl energetika, alternative və bərpa olunan enerji mənbələrindən istifadə, azad edilmiş ərazilərin “yaşıl” iqtisadiyyat potensialı, hydrogen enerjisinə keçid, iqtisadiyyat sahəsində yeni qlobal çağırışlar, enerji iqtisadiyyatı, ekoloji iqtisadiyyat, enerji sektorunda liberal bazara keçid modelləri, enerji sektorunda biznes və sahibkarlıq, xəzər hövzəsinin enerji ehtiyatları və transxəzər enerji marşrutları, enerji infrastrukturu, nəqli və logistikası, yeni enerji texnologiyaları və energetic innovasiyalar, enerji qanunvericiliyi və onun təkmilləşdirilməsi kimi mövzuları əhatə edib.

Konfransa 13 müəllif tərəfindən təqdim olunan məqalələr ENECO – UNEC Enerji İqtisadiyyatı Mərkəzinin Xəbərləri jurnalının 2023-cü ilin 2-ci sayında çap olunacaq.

TOP XƏBƏRLƏR