A

UNEC əməkdaşları ABŞ-ın Nyu York və Corc Vaşinqton universitetlərinin professorları Maykl Todaro və Stefen Smitin müəllifi olduqları, nüfuzlu Pearson nəşriyyatında çap edilən “İqtisadi inkişaf” kitabını tərcümə ediblər.

Layihə rəhbəri və elmi redaktoru UNEC BMDM-in direktoru, dosent Fariz Əhmədov olan kitabda iqtisadi inkişaf tədqiq edilib və inkişaf etməkdə olan ölkələrin ümumi xüsusiyyətləri açıqlanıb. Həmçinin inkişaf etmiş iqtisadiyyatlara çevrilmək istiqamətində transformasiyanı başa vurmuş ölkələrin digər ölkələr üçün potensial modelləri nəzərdən keçirilib.

Kitabda inkişaf iqtisadiyyatının nəzəri və empirik bazası üzrə ideyaları və tapıntıları da oxuculara təqdim olunub. Açıq suallar inkişaf iqtisadiyyatında fəal şəkildə müzakirə olunub və mətndə 3 məqsədlə mübahisəli nəzəriyyələr və sübutların şərhləri təqdim edilib.

SOCAR-ın dəstəyilə ilə tərcümə olunan kitablar UNEC-in kitabxana fonduna hədiyyə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay