A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsində elmi-metodik seminar keçirilib.

Fakültənin professor-müəllim heyəti, laborant-texniki heyət və ixtisas kafedralarının magistr və dissertantlarının iştirak etdiyi seminarda Dizayn kafedrasının dosenti Elfanə Qasımova “XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycan xalçalarının kompozisiya xüsusiyyətləri” mövsusunda çıxış edib.

Məruzədə Azərbaycan xalçalarının Şərq ölkələri xalçalarından özünün rəngi, davamlılığı, toxunma texnikası və digər bədii estetik xüsusiyyətları ilə fərqləndiyi vurğulanıb, həmin dövrdə Qarabağ, Gəncə, Qazax, Quba, Şamaxı və Bakı xalçalarının daxili və xarıcı bazarlarda geniş yer tutmasından və onların zərif naxışlarının müxtəlifliyindən, toxunuşları ilə fərqlənmələri qeyd edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay