A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xarici Dillər departamenti silsilə təlimlərə start verib.

Xarici dillərin tədrisi mərkəzinin müəllimləri üçün həyata keçirilən təlimlər yaxınlaşan final imtahanları, bakalavr pilləsi üzrə əyani qruplarda tədris olunacaq dərslərin strukturunu əhatə edib.

Təlimlərdə imtahan sualları üzrə tələbələrin cavablarının müxtəlif səviyyələr əsasında qiymətləndirilmə qaydaları bir daha izah olunaraq, təqdimatlarla çıxışlar edilib, suallar əhatəsində ətraflı müzakirələr aparılıb.

Həmçinin dil bacarıqları (yazı, oxu, şifahi nitq və dinləmə) üzrə qiymətləndirmə meyarları, bu bacarıqlar çərçivəsində səviyyələrə uyğun nümunələr nəzərə çatdırılıb.

 Təlimlər UNEC-in bütün tədris binalarında təşkil olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay