A

UNEC-də ali təhsil müəssisələrində innovasiya - sahibkarlıq fəaliyyətinin səmərəli təşkili və elmi tədqiqatların kommersiyalaşdırılması mövzusunda infosessiya keçirilib.

UNEC-in bütün fakültələrində təşkil olunan infosessiyada Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru prof. Zahid Məmmədov “UNEC-100” İnkişaf Strategiyasında qarşıiya qoyulmuş hədəflərdən danışıb.

Sonra departamentin Texnologiya transfer şöbəsinin müdiri Vəkil İbrahimov elmi tədqiqatların kommersiyalaşdırılması və patentləşdirilməsi, elmi tədqiqat işlərinin yeni tətbiq sahələrinin araşdırılması, iqtisadi proseslərdə istifadəsi və kommersiyalaşdırılmasının zəruriliyini vurğulayıb. Məruzəçilər “Sahibkar universitetə çevrilmək” istiqamətindəki beynəlxalq təcrübəni iştirakçılarla bölüşərək, elmi tədqiqat işlərinin kommersiyalaşdırılması istiqamətində qarşıda duran vəzifələr, problemlər, həll yolları üzərində öz mülahizələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirdə məruzəçilər və iştirakçılar tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb, elmi tədqiqat işlərinin yeni tətbiq sahələrinin tapılması, iqtisadi proseslərdə istifadəsi və kommersiyalaşdırılmasının zəruriliyi vurğulanaraq, səmərəli təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR