Ümumi fənlərin tədrisinin təşkili departamentində “Yaşıl UNEC” ili çərçivəsində lektoriyalar davam edir.
Lektoriyanın bu dəfəki mövsuzu “Yaşıl dünya: Azərbaycan ədəbiyyatında təbiət” olub. ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva tədbirin açılışında çıxış edərək, xalq ədəbiyyatında gözəllik mənbəyi kimi anılan təbiətin klassik şeirimizdə insanın estetik zövqü, əhval-ruhiyyəsi, psixoloji ovqatı, eləcə də zahiri və daxili gözəlliklərinin təsdiqində təcəssüm etdiyini bildirib: “Təbiət mövzusunda yazan şairlərin yaradıcılığını birləşdirən əsas məqam odur ki, təbiət və insan arasında yaranan münasibətlərin lirik ovqatda doğurduğu hiss, həyəcan və psixoloji sarsıntılar təbiətlə birbaşa ünsiyyətdə verilir. Təbiətə insani münasibətdə poetik həssalıq da zəruri hesab edilməlidir”.
“Azərbaycan dili” kafedrasının dosenti Mətanət Əmrahova isə çıxışında müasir poeziyanın ənənəvi bağlılıqla yanaşı, təbiətdə zamanın sosial tələbindən doğan toplum düşüncə sərhədlərini qırmasından, poetik obyektə münasibətdə fərdi düşüncə meyillərini gücləndirməsindən danışıb.
Sonda iştirakçılarının sualları cavablandırılıb.