A

UNEC-də “Kitab müzakirələri” adlı silsilə tədbirlər çərçivəsində növbəti müzakirə “Tətbiqi iqtisadiyyat” kafedrasının təşkilatçılığı ilə A. Dixit və B. Nalebuffun “Oyun Nəzəriyyəsi: Biznesdə və həyatda strateji düşüncə bacarığı”  kitabının müzakirəsi  baş tutub.

Kitab müzakirəsi kafedranın dosentləri Lalə Həmidova və Natiq Qurbanovun təqdimatında keçirilib.

Tədbiri giriş sözü ilə açan “Tətbiqi iqtisadiyyat ” kafedrasının ixtisas rəhbəri dosent Lalə Həmidova müasir gəncləri maraqlandıran mövzular içərisində rəqabət və ya əməkdaşlıq vəziyyətlərində qərarların necə qəbul edildiyini daha yaxşı anlamaq üçün bu əsərin xüsusi yer tutduğundan bəhs edib. L.Həmidova bu səpgili ədəbiyyatların mütaliəsinin insanların gələcək fəaliyyətlərində müsbət dəyişikliklərə səbəb ola biləcəyini qeyd edib. Kitabda oyun nəzəriyyəsinin hər gün, hətta biz fərqinə varmadan necə işlədiyini nümayiş etdirən çoxlu nümunələrin olmasından tələbələrə məlumat verib.

Dosent Lalə Həmidova onu da qeyd edib ki, kitab oxuculara oyun nəzəriyyəsinə dərindən nəzər salmağı təklif edir, bu sahə təkcə strateji biznes planlamasına aid deyil, həm də ümumilikdə həyatda qərar qəbul etmək üçün böyük təsirlərə malikdir. Burada müəlliflər mürəkkəb qərarların qəbulu məsələlərini başa düşür və oyun nəzəriyyəsi prinsiplərinin tətbiqinin müxtəlif sahələrdə uğur qazanmağa necə kömək edə biləcəyini göstərməklərindən bəhs ediblər.

Daha sonra kafedranın dosenti Natiq Qurbanov tələbələrə ciddi strateji düşüncə bacarığı olan oyun nəzəriyyəsi haqqında geniş məlumat verib. O bildirib ki, nəzəriyyənin əsas hissəsi adi gündəlik müdrikliyə və sağlam düşüncəyə ziddir, ona görə də onu öyrənmək dünyanın quruluşuna və insanların qarşılıqlı əlaqəsinə yeni bir baxış formalaşdıra bilər. Kitabın müəllifləri kino, idman, siyasət və tarix nümunələrdən istifadə edərək, demək olar ki, bütün şirkətlərin və insanların oyun nəzəriyyəsinin təsvir etdiyi qarşılıqlı əlaqədə necə iştirak etdiyini göstərir. 

“Oyun Nəzəriyyəsi: Biznesdə və Həyatda Strateji Düşüncə bacarığı”nın biznes liderlərinin, sahibkarların, tələbələrin strateji düşüncə prinsiplərini daha yaxşı başa düşmələri və nəzəriyyəni tətbiq etmək istəyən hər kəs üçün əvəzolunmaz mənbə olduğu xüsusi olaraq vurğulanıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay