A

Elm günləri çərçivəsində “UNEC elmi jurnallarının və konfrans materiallarının nüfuzlu beynəlxalq platformalarda indekslənməsi problemləri və həlli yolları” barədə müzakirə keçirilib.

Müzakirə panelində “Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” jurnalının redaktoru professor Yadulla Həsənli UNEC-də elmi jurnalların mövcud vəziyyəti haqqında məlumat verərək, jurnalların fəaliyyətinin təkmilləşdirilməsinə və indekslənməyə dair əsas meyarları açıqlayıb.

Elm üzrə prorektor dosent Fariz Əhmədovun iştirakı ilə keçirilən müzakirələrdə jurnaların vebsaytlarının beynəlxalq standartlara uyğun qurulması və tənzimlənməsi, onların koordinasiyasının düzgün və səmərəli təşkili, elm tutumlu olmayan yerli və xarici konfranslardan yayınmaq, ölkə üçün əhəmiyyətli mövzuların, nüfuzlu elmi əsərlərin və kitab nəşrlərinin hazırlanmasına mühüm töhfə verən beynəlxalq elmi konfransların təşkili, jurnallarla bağlı şəbəkələşmənin qurulması, beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi və jurnallar üçün aktual mövzulara həsr olunan xüsusi sayların nəşr edilməsi, peşəkar rəyçi alimlərin cəlbi ətrafında geniş müzakirələr aparılıb.

Müzakirənin sonunda UNEC elmi jurnallarının və konfrans materiallarının nüfuzlu beynəlxalq platformalarda indekslənməsi üçün bir sıra vacib qərarlar qəbul edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay