A

UNEC-də "Yeni dövrdə yeni ideyalarla" mövzusunda silsilə tədbirlər çərçivəsində Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Multikulturalizmin Azərbaycan modeli: Yeni dövrün çağırışları” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbirdə UNEC-in professor-müəllim heyəti, tələbə və magistrləri, UNEC Tədqiqat Mərkəzlərinin üzvləri, AMEA Tarix İnstitutunun əməkdaşları iştirak ediblər.

Təqdimatla çıxış edən UNEC Multikulturalizm Mərkəzinin rəhbəri Məhəbbət Paşayeva bildirib ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır. O, qeyd edib ki, Azərbaycanda tarixən mövcud olan milli və dini tolerantlıq ənənələri bu gün dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən də böyük maraqla qarşılanır.

Tədbirdə iştıraik edən amerikalı albanşünas alim Nil Vilyams isə Qafqaz Albaniyasının memarlıq abidələrindən, alban tarixindən, Azərbaycanın multikultural ölkə kimi bütün dünyada tanınmasından söz açıb.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

TOP XƏBƏRLƏR