A

UNEC-də “Kitab müzakirələri” çərçivəsində “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti Mehriban Səmədovanın təqdimatında А.P.Tyapuxinin müəllifi olduğu  “Logistika. Təchizat zəncirinin idarə edilməsi”  adlı kitabının müzakirəsi keçirilib.

Tədbir “Tətbiqi iqtisadiyyat” kafedrasının təşkilatçılığı və professor-müəllim heyətinin iştirakı ilə baş tutub.

Kafedra müdüri, dosent Sevinc Abbasova və ixtisas rəhbəri dosent Mehriban Səmədova çıxış edərək, müzakirə olunan dərsliyin “Beynəlxalq  ticarət və loqistika” ixtisası üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin formalaşmasında zəruri mənbə olduğunu diqqətə çatdırıblar. Kitabda təchizat zəncirinin idarə edilməsi konsepsiyasının geniş şəkildə təhlil olunduğunu bildiriblər.

Sonda müzakirədə iştirak edən tələbələrin sualları məruzəcilər tərəfindən ətraflı cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay