A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün gender bərabərliyinə həsr olunmuş seminar keçirilib.

Tədbirdə Maliyyə və mühasibat fakültəsinin dekan müavini Azər Qarayev və “İqtisadiyyat” kafedrasının baş müəllimi Elza Əhmədova ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinə dair dövlət siyasəti, qadınların insan hüquqlarından və fundamental azadlıqlardan istifadə etmələrinə mane olan, onlara qarşı kök salmış müəyyən ayrı-seçkiliyin təzahürləri, qadınlar üçün əsaslı bərabərliyi təmin etmək məqsədilə zəruri olan xüsusi tədbirlər, eləcə də bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruriliyindən bəhs ediblər.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR