A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş seminar keçirilib.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekan müavini dosent Azər Qarayev açaraq,  Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində silinməz izlər qoyduğunu qeyd edib.

“Humanitar fənlər” kafedrasının baş müəllimi İbrahim Babayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tariximizin şanlı səhifələrindən biri kimi səciyyələndirib, şərqin ilk demokratik dövlətinin siyasi, iqtisadi, mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsindəki rolundan, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının qeyd olunması və 1918-1920-ci illərdə qazanılmış uğurların dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Seminarın sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR