A

24-25 may 2024-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin Enerji İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı, “Təhsilə Dəstək və İnvestisiya Fondu” (Education Support & Investment Fund, Gürcüstan, Tbilisi) və “Beynəlxalq Elmi-Tədqiqat və Tədris Mərkəzi”nin (MTÜ International Research, Education & Training Center, Estonia, Tallin) birgə iştirakı əsasında “Enerji keçidinin imkanları və potensial drayverləri” mövzusunda V Beynəlxalq elmi-praktik virtual konfrans keçirilib.

Konfransda yaşıl iqtisadiyyat, iqlim, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, hidrogen enerjisinə keçid, enerji sektorunda biznes və sahibkarlıq, enerji infrastrukturu, nəqli və logistikası, yeni enerji texnologiyaları və energetik innovasiyalar mövzularında Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan tədqiqatçıların məruzələri dinlənilib.

Konfransın materialları ENECO - Enerji İqtisadiyyatı Mərkəzinin Xəbərləri jurnalının 2024-cü ilin 2-ci sayında çap ediləcəkdir.

TOP XƏBƏRLƏR