A

2024-cü ilin noyabr ayının 11-dən 22-dək Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün İqlim dəyişmələrinin həlli qlobal miqyasda həmrəylik tələb edir” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, hazırda iqlim dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu qeyd edib və iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institusional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Tətbiqi mexanika” kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, professor Vaqif Həsənov və BMT-nin eksperti, “Green Solution Strategies” MMC-nin təsisçisi və icraçı direktoru İsa Əliyev geniş təqdimatla çıxış edərək, müasir iqlim dəyişmələri və onun qlobal miqyasda təhdidləri, qlobal iqlim sisteminə təsir edən təbii amillər barədə ətraflı məlumat veriblər, Azərbaycanın da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmadığını və son 100 ildə ölkə ərazisində orta illik temperaturların 0,4-1,30C-yə qədər artdığını qeyd ediblər, iqlim dəyişmələri fonunda ölkəmizin daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və s. bu kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qaldığını bildiriblər və iqlim dəyişmələrinin təsirlərinin yüngülləşdirilməsi yollarından söz açıblar.

Seminarın sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR