A

29- 30 avqust tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti və UNEC Tələbə Həmkarlar İttifaqının təşkilati dəstəyi, Azərbaycan Respublikası Gənclər Fondunun təşəbbüsü ilə təşkil olunan "İdeyanı Reallaşdır 2023" Qrant müsabiqəsi çərçivəsində keçirilən "Yaşıl İqtisadiyyatın Gənc Tədqiqatçıları" tədqiqat təlimi baş tutub.

Təlimin ilk günü yaşıl iqtisadiyyatın önəmi, dünyamıza necə gəldiyi, onu hərəkətə gətirən qüvvələri, siyasətləri, maliyyələşmə məsələlərini və ölkə yanaşmalarını təhlil edərək, müzakirələr aparılıb.

Təlimin ikinci günü isə elmi məqalələrin yazılışı və strukturlaşdırılması, doğru məqalə başlığının seçilməsi, tədqiqat metodlarının təyin edilməsi, etibarlı resursların istifadə olunması və elmi məqalələrin keyfiyyətini artırmaq üçün əsas meyarlar kimi mövzularda ətraflı məlumat verilib.

Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay