A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamenti və  “Azərbaycan  dili” kafedrasının birgə təşkilatçılığı ilə COP- 29-a həsr olunan “Azərbaycan ədəbiyyatında təbiət mövzusu  və ekoloji dünyagörüşü” adlı tədbir keçirilib.

Tədbirdə kafedranın müdiri, professor Tofiq Əbdülhəsənli ölkəmizdə keçiriləcək COP-29 tədbiri barədə məlumat verərək, Azərbaycanın qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan bir dövlət kimi özünü dünyada tanıda bildiyini diqqətə çatdırıb.

Sonra kafedranın professoru Maarifə Hacıyeva “Azərbaycan ədəbiyyatında  təbiət  mövzusu  və  ekoloji dünyagörüşü” adlı geniş məruzə ilə çıxış edib. O, gənc nəslin ekoloji tərbiyəsində ədəbiyyatın rolundan bəhs edib. Azərbaycan ədəbiyyatında təbiət mövzusu, gənclərin ekoloji dünyagörüşünün  formalaşması, onların təbiətə məhəbbət ruhunda tərbiyə olunması ilə bağlı geniş nümunələrin yer aldığını bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay