A

UNEC-in Sosial İş və Sosial İnnovasiyalar Mərkəzinin tədqiqatçısı Sevinc Məhsimova “Məişət və sənaye tullantılarının zərərsizləşdirilməsi texnologiyaları” mövzusunda təqdimatla çıxış edib.

Tədbir, Rus İqtisad Məktəbi ilə İqtisadiyyat və İdarəetmə fakültəsinin "Ekologiya" fənni üzrə dərs deyən müəllim heyəti və bu ixtisasda təhsil alan tələbələrin iştirakı ilə həyata keçirilib.

Sevinc Məhsimova təqdimatında ekoloji balansın qorunması və davamlı inkişafın təmin edilməsi məqsədilə tullantıların zərərsizləşdirilməsi istiqamətində ölkədə aparılan işlərdən və beynəlxalq təcrübədən danışıb. O, həmçinin, müxtəlif ölkələrdə tətbiq olunan innovativ texnologiyaları, eləcə də, bu texnologiyaların yerli kontekstdə necə tətbiq oluna biləcəyini diqqətə çatdıraraq, ekologiya, ətraf mühitin çirklənmə səviyyələrinə görə ölkələrin reytinqini açıqlayıb.

Təqdimatdan sonra, iştirakçıların sualları cavablandırılıb. S.Məhsimova tullantıların zərərsizləşdirilməsi sahəsində daha çox məlumat və təcrübə mübadiləsinin vacibliyini qeyd edərək, bu cür tədbirlərin ekoloji məsələlərə diqqət çəkdiyini və gənclərin bu sahədəki biliklərini artırdığını vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay