A

UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Sosial İş və Sosial İnnovasiyalar Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “COP29: iqlim dəyişikliyi, fəlakətlər və sosial həyat” mövzusunda onlayn seminar keçirilib.

Seminarda UNEC-in professor-müəllim heyəti, tələbə və tədqiqatçılarla yanaşı, Türkiyədə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova seminar haqqında məlumat verib. Seminarın COP29-a həsr olunan növbəti tədbir olduğunu diqqətə çatdırıb.

Moderator qismində çıxış edən UNEC Sosial İş və Sosial İnnovasiyalar Tədqiqat Mərkəzinin tədqiqatçısı Sevinc Məhsimova iqlim dəyişikliyi, dünyanın yaşının artırılması yolları haqqında ətraflı çıxış edib.

Sonra UNEC Sosial İş və Sosial İnnovasiyalar Tədqiqat Mərkəzinin rəhbəri, İstanbul Universitetinin professoru Taner Artan və tədqiqatçısı professor Doğaç Niyazi Özüçelik öz məruzələrində dünyada ən aktual problemlərdən biri olan qlobal istiləşmə və onun yaratdığı fəsadlardan danışıblar. Bildiriblər ki, qlobal istiləşmə probleminin mərkəzində temperaturun amansız artımı amili dayanır ki, bu da iqlim dəyişikliyinə, ekosistemin pozulmasına, ekstremal hava hadisələrinə, buzların əriməsi səbəbindən dəniz səviyyəsinin yüksəlməsinə, biomüxtəlifliyin itirilməsinə səbəb olur.

Seminarın sonunda mərkəzin daimi və davamlı birgə əməkdaşlığının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay