A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İqtisadi nəzəriyyə"  kafedrasının müdiri, professor Əlican Babayev  Rusiyada keçirilən III “Beynəlxalq Siyasi İqtisad” konqresi və IV Beynəlxalq elmi-praktiki konfransda iştrak edib.

Hər iki tədbir M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, Beynəlxalq Siyasi İqtisad Assosiasiyasının, Yeni Sənaye İnkişafı İnstitutunun və Cənub Federal Universitetinin təşkilatçılığı ilə keçirilib.“Beynəlxalq Siyasi İqtisad” konqresində “Siyasi istisad: tarixi, nəzəriyyə, metodologiya; siyasi iqtisad və ekonomiks” adlı birinci bölmənin moderatorlarından olan UNEC professoru Əlican Babayev “Müasir iqtisadi nəzəriyyə və onun struktur hissələri” mövzusunda məruzə ilə çıxış edib. Konqresdə MDB, Böyük Britaniya, Fransa, Kanada, İsrail, Polşa və Ruminiya alimləri iştirak ediblər.IV Beynəlxalq elmi-praktiki konfransı “Rusiya Qlobal İqtisadiyyatda: çağırışlar və inkişaf institutları” mövzusuna həsr olunub.

TOP XƏBƏRLƏR