Mayın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “BİRİM” adlı innovativ forum keçiriləcək.
“Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik” anlayışlarının ilk hərflərindən yaranan “BİRİM” sözü eyni zamanda birlik və əməkdaşlıq ideyasını simvolizə edir. Forum müasir dövrdə biznesin rəqəmsallaşması, süni intellekt texnologiyalarının inkişafı, startap ekosistemləri və intellektual əməkdaşlıq sahələrində gənclərə yeni baxış bucağı qazandırmaq məqsədi daşıyır.
Tədbirdə süni intellekt, rəqəmsal marketinq, layihələrijn idarəedilməsi peşəkar mütəxəssislər biznes innovasiyaları, data əsaslı marketinq, yaradıcı süni intellektin gündəlik həyata təsiri, rəqəmsal layihələrdə əməkdaşlığın rolu ilə bağlı mövzularda çıxış edəcəklər.
“BİRİM” forumu tələbələrə və gənc mütəxəssislərə müasir biznes və texnologiya dünyasının trendləri ilə tanış olmaq, müxtəlif sahələr üzrə ekspertlərlə birbaşa ünsiyyət qurmaq və gələcək əməkdaşlıqlar üçün şəbəkələr formalaşdırmaq imkanı təqdim edir. Tədbir iştirakçıları intellektual kooperasiya, komanda işi və innovativ yanaşmaların real nümunələri ilə tanış olaraq öz layihələrini qurmaq və inkişaf etdirmək üçün motivasiya və istiqamət qazanacaqlar. Bu forum, xüsusilə gənclərə rəqəmsal transformasiya və innovasiya sahəsində düşüncə sərhədlərini genişləndirmək və əmək bazarında daha hazırlıqlı mövqe tutmaq imkanı yaradacaq.