A

UNEC-də Koqnitiv İqtisadiyyat Mərkəzi və UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin birgə təşkilatçılığı ilə “Davranış iqtisadiyyatı və ekoloji dayanıqlılıq” mövzusunda seminar keçirilib.

Seminarın məruzəçici, İsrailin Azrieli Akademik Mühəndislik Kollecinin professoru, həmçinin Koqnitiv İqtisadiyyat Mərkəzinin tədqiqatçısı Pini Davidov təqdimatla çıxış edərək bildirib ki, davranış iqtisadiyyatı psixoloji amillərin iqtisadi qərarların qəbulunda rolunu anlamağa imkan verir. Qeyd edib ki, klassik rasional iqtisadiyyat tam informasiya şəraitində faydanın maksimumlaşdırılmasını əsas götürür, halbuki davranış iqtisadiyyatı real qərarlarda heuristiklər, qərəzlər və məhdud rasionallığın təsirini nəzərə alır. O həmçinin yaşıl nudc vasitəsilə ekoloji baxımdan məsuliyyətli hərəkətlərin təşviq olunmasının praktik əhəmiyyətini auditoriyanın diqqətinə çatdırıb.

Seminarda məruzə ətrafında diskussiya aparılıb, iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR