29 avqust-1 sentyabr tarixlərində Orta Doğu Texniki Universitetində (ODTÜ) keçirilən “Çevrilmiş tədris” (Flipped education) metodu üzrə təlim proqramlarında iştirak ediblər.
Təlimin əsas məqsədi müasir tədris modellərindən biri olan “Çevrilmiş tədris” yanaşmasının mahiyyəti, tətbiq prinsipləri və praktiki aspektləri haqqında iştirakçılara bilik və bacarıqlar aşılamaq olub.
Proqram çərçivəsində iştirakçılar çevrilmiş tədris modelinin pedaqoji əsasları, dərsə hazırlıq mərhələsində videomaterialların və interaktiv tapşırıqların əhəmiyyəti, tələbə fəallığını artırmaq üçün tətbiq olunan metodlar barədə geniş məlumat əldə ediblər.
Təlim müddətində iştirakçılar aşağıdakı mövzularda praktiki fəaliyyətlərdə iştirak ediblər:
- Video hazırlığı və montaj prosesi üzrə təlimlər keçirilib, çəkiliş texnikası, işıq və səs balansı, eləcə də Clipchamp, DaVinci Resolve kimi redaktə proqramları ilə işləmək bacarıqları təkmilləşdirilib;
- ChatGPT, Canva, Leonardo.ai, HeyGen kimi süni intellekt alətlərindən istifadə etməklə dərs skriptləri, vizual və səs materiallarının hazırlanması öyrədilib;
- Edpuzzle, Google Classroom və Moodle platformaları üzərindən interaktiv tədris materiallarının yaradılması və tələbə fəaliyyətlərinin izlənməsi üzrə praktiki tapşırıqlar yerinə yetirilib;
- Aktiv öyrənmə, fərqləndirilmiş tədris yanaşmaları, qiymətləndirmə və geribildirim strategiyaları ətrafında müzakirələr aparılıb.
Təlim iştirakçılara dərslərin daha yaradıcı, interaktiv və tələbəyönümlü formada təşkili üçün yeni ideyalar və praktik bacarıqlar qazandırıb. Proqramın nəticəsi olaraq, nümayəndələrimiz universitetdə tədris keyfiyyətinin artırılması və innovativ metodların tətbiqi istiqamətində əldə etdikləri bilik və təcrübələri bölüşüblər.