UNEC-in professoru Rusiyanın M.V.Lomоnоsov adına Moskva Dövlət Universitetində keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
Moskva Dövlət Universitetinin ictimai elmlər mərkəzinin elmi soveti ilə iqtisad fakültəsinin təsərrüffat fəlsəfəsi laboratoriyasının birgə təşkil etdiyi konfrans “Rusiya Rusiyaya doğru gedən yolda: konseptual axtarışlar və təsərruffat strategiyası” mövzusuna həsr olunub.
Dünyanın müxtəlif ölkələrindən 200-dən çox alimin qatıldığı konfransda UNEC-i “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əlican Babayev təmsil edib. Ə.Babayev “Muasir Rusiya: konsepsiya və strateji seçim” bölməsində “Muasir iqtisadi nəzəriyyə və Azərbaycanda onun tədris edilməsi xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Konfrans iştirakçılarının xüsusi marağına səbəb olan məruzə ətrafında müzakirələr aparılıb.