A

UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan “Azərbaycanın iqtisadi inkişafının əsas amilləri” mövzusunda dəyirmi masa keçirilib.

UNEC-in Rus İqtisad Məktəbində (RİM) təşkil olunan tədbirdə RİM-in direktoru, dosent Mənsur Barxudarov Azərbaycanda iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlərdən söz açaraq, qazanılan bu uğurların əsasında Prezident İlham Əliyevin çevik, ölkəmizi davamlı tərəqqiyə aparan praqmatik və müstəqil siyasətin dayandığını bildirib. İqtisadiyyatın inkişaf dinamikasını artırmaq məqsədi ilə çoxsaylı dövlət proqramlarının uğurla həyata keçirildiyini vurğulayıb.

“Rus dili” kafedrasının baş müəllimi Zeynəb Hüseynova “Azərbaycanın iqtisadi inkişafının əsas amilləri” mövzusunda məruzə ilə çıxış edib. O, iqtisadi inkişaf sahəsində Azərbaycanın özünəməxsus cəhətləri ilə seçilən uğurlu bir modelinin əsasını qoyduğunu bildirib. İqtisadi tərəqqinin davamlılığını təmin edən bu modelə indi dünya miqyasında da kifayət qədər ciddi maraq göstərildiyini diqqətə çatdırıb.

Dəyirmi masada mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay