A

Bu gün 1 İyun – Beynəlxalq Uşaqları Müdafiə Günüdür.

Bu özəl gün təkcə uşaqların hüquqlarını qorumaq üçün bir xatırlatma sayılmaz, həm də onların daxili dünyasını zənginləşdirmək, xəyallarını böyütmək üçün gözəl bir fürsətdir. Uşaqların şəxsiyyət kimi formalaşmasında, intellektual inkişafında və mənəvi dəyərləri mənimsəməsində mütaliənin rolu əvəzsizdir.

Qeyd etməliyik ki, kitab oxumaq uşaqlarda analitik təfəkkürü və məntiqi gücləndirir, söz ehtiyatını və nitq mədəniyyətini artırır, empatiya hissini və ətraf aləmə sevgini formalaşdırır, yaradıcı təxəyyülü ucsuz-bucaqsız üfüqlərə daşıyır.

Övladlarımıza qoyacağımız ən böyük sərmayə, onlara kitab mütaliəsi vərdişi aşılamaqdır.

Bu məqsədlə UNEC KİM-in 24/7 kitabxanasının fondunda seçilmiş 10 kitabı təqdim edirik:

  1. Nizami Gəncəvi – “Sirlər xəzinəsi”

“Xəmsə”nin birinci kitabəsində toplanmış hekayətlərdə uşaqlara ədalət, zəhmətsevərlik və mənəvi saflıq aşılayan dünyaca məşhur, əbədiyaşar əsərdir.

  1. Abdulla Şaiq – "Seçilmiş Əsərləri"

Milli uşaq poeziyasının incilərindəndir.

  1. Süleyman Sani Axundov – "Qorxulu Nağıllar"

Uşaqlarda xeyir və şər anlayışını, fədakarlığı formalaşdıran hekayələr toplusudur.

  1. Mir Cəlal – "Bir Gəncin Manifesti"

Yeniyetmələrdə dürüstlük, ailəyə sadiqlik və mərdlik ruhunu formalaşdıran ölməz romandır.

  1. Orxan Adıgözəl "Əngəlsiz arzular"

Kitabda uşaqlar üçün qələmə aldığı hekayələrdə fiziki məhdud olan şəxslərin cəmiyyətə adaptasiyası problemləri əks olunub.

  1. Antuan de Sent-Ekzüperi – "Balaca Şahzadə"

Həm uşaqlar, həm də böyüklər üçün həyat, dostluq və sevgi haqqında fəlsəfi-bədii əsərdir.

  1. Mark Tven – "Tom Soyerin Macəraları"

Uşaqlara dostluq, dürüstlük və macəra ruhu aşılayan maraqlı əsərdir.

  1. Jül Vern – "Kapitan Qrantın Uşaqları"

Coğrafi bilikləri artıran, çətinliklərə qarşı iradəli olmağı öyrədən möhtəşəm romandır.

  1. Hans Xristian Andersen – "Nağıllar"

Uşaqların xəyal dünyasını zənginləşdirən və mənəvi saflığı təbliğ edən sehrli  nağılların toplusudur.

  1. Maksim Qorki "Uşaqlıq”

Uşaqlara və yeniyetmələrə ən çətin anlarda belə sınmamağı, iradəli olmağı və mənəvi saflığı qorumağı öyrədən əsərdir.

Arzu Məmmədova
UNEC KİM-in 24/7 kitabxanasının müdiri

TOP XƏBƏRLƏR