A

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov 4-6 sentyabr 2018-ci il tarixlərində Təşkilat Komitəsinin dəvəti ilə Polşada “Polşa 28” İqtisadi Forumunda iştirak edib. Proqramına 6 plenar iclas və 100-dən yuxarı panel-diskussiya daxil edilmiş tədbir Polşanın Krakov, Krunisa-Zdriy şəhərində keçirilib.  Foruma 30-dan çox ölkədən 4 mindən yuxarı iştirakçı qatılmışdı.

Tədbirdə Avropa Şərq tərəfdaşlıq proqramına daxil olan ölkələrdə iqtisadi durum və əməkdaşlıq, Şərqi Tərəfdaşlıq Proqramı çərçivəsində böhran, azad iqtisadi zonalar, demokratiyanın vəziyyəti, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, cəmiyyət arasında kommunikasiya və s. kimi mövzular müzakirə edilib.

Z.Məmmədov Forum çərçivəsində "Şərqi Tərəfdaşlıq Proqramı böhrandamı? Avropa birliyi bu ölkələrə nə təklif edə bilər?" adlı paneldə məruzə ilə çıxış edib.

Forumun təşkilat komitəsinin sədri UNEC professorunun məruzəsinə görə təşəkkür edib.

Qeyd edək ki, “Polşa 28” İqtisadi Forumunun yüksək səviyyədə və dünya dövlət, biznes, elm və media qurumları tərəfindən birmənalı qəbul edilən elmi tədbirdir.

TOP XƏBƏRLƏR