A

UNEC-in "Maliyyə və maliyyə institutları" kafedrasının professoru, iqtisad elmləri doktoru Elnur Sadıqov Dağıstan Dövlət Texnikli Universitetinin Maliyyə nəzarəti və audit kafedrasının təşkil etdiyi “Dövlətin sosial-iqtisadi inkişafının reallaşdırılması mexanizmləri adlı XX beynəlxalq konfransda” “MDB ölkələrinin valyuta-kredit münasibətlərinin inkişaf strategiyaları” mövzusunda məruzə ilə çıxış etmişdir.

Konfransda aparıcı iqtisadçı alimlər ilə yanaşı Türkiyə Cumhuriyyətinin, Qazaxıstanın, Gürcüstanın, Türkmənistanın, Bolqarıstanın, Dağıstan Respublikasının, Tacikistanın beynəlxalq valyuta münasibətləri üzrə mütəxəssisləri məruzələrlə çıxış ediblər. Konfransın sonunda məruzəçilərə beynəlxalq sertifikatlar təqdim edildi.

UNEC əməkdaşının məruzəsi geniş auditoriya tərəfindən maraqla qarşılanmış və məruzəçiyə suallar ünvanlamışdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay