A

UNEC-də “Qiymətli kağızlar bazarının inkişafı” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət proqramı”nın icrası ilə bağlı keçirilən tədbirin məqsədi ali təhsil müəssisələrində qiymətli kağızlar bazarına dair biliklərin tədrisinin təmin edilməsi olub.

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrası ilə Distant, qiyabi və əlavə təhsil mərkəzinin (DQƏTM) birgə təşkilatçılığı keçirilən tədbirdə kafedranın professor-müəllim heyəti, mərkəzin əməkdaşları və tələbələr iştirak edib.

Kafedra müdiri, professor Əvəz Ələkbərov mövzunun aktuallığından danışaraq, cəmiyyətin qiymətli kağızlar bazarı barədə maarifləndirilməsinin vacibliyini vurğulayıb. UNEC-də bu istiqamətdə mütəxəssis hazırlığına diqqət çəkən Ə.Ələkbərov həmin missiyanın həyata keçirilməsində rəhbərlik etdiyi kafedranın da üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.

Tədbirdə kafedranın professoru Mübariz Bağırov “Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Qiymətli kağızlar bazarının illər üzrə statistik göstəricilərini açıqlayan məruzəçi, bu sahənin aktual problemlərinə də toxunub.

DQƏTM-nin direktoru Səbuhi Tarverdiyev isə inkişaf etmiş ölkələrin qiymətli bazar təcrübəsindən nümunələr gətirərək, bu sahənin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Müasir dövrdə qiymətli kağızlar bazarında peşəkar iştirakçıların fəaliyyətindən bəhs edən kafedranın professoru Elnur Sadıqov, bank və qeyri-bank modeli olan ölkələrin qiymətli kağızlar bazarındakı fərqlərini izah edib və perspektivləri barədə məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay