A

UNEC rektoru, professor Ədalət Muradovun göstərişi ilə Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin (EFTİED) təşkilatcılığı ilə universitetin tədqiqat mərkəzlərinin rəhbərləri ilə seminar-müşavirə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan EFTİED-in direktoru, professor Zahid Məmmədov müasir dövrdə universitetlərin gücünün ali təhsil müəssisəsində aparılan elmi-tədqiqat işlərinin sayına görə ölçüldüyünü bildirdi. Professor UNEC-də bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını qeyd edərək, EFTİED-in tərkibində “Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili” şöbəsinin fəaliyyət göstərdiyini bildirdi. Şöbə elmi tədqiqat fəaliyyətini müasir səviyyədə vahid mərkəzdən əlaqələndirmək və istiqamətləndirmək, tədqiqatların prioritet istiqamətlər üzrə aparılmasını təmin etmək, elmi tədqiqatların nəticələrini təhlil etmək və qiymətləndirmək kimi mühüm vəzifələri həyata keçirir.

Müşavirə-seminarda tədqiqat universitetinə keçid şəraitində UNEC-də elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkədə gedən proseslərə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi tədqiqat nəticələrinin təbliğinə dair məsələlər müzakirə olunmuşdur.

Müzakirələrlə davam edən tədbirdə professor Rövnəq Rzayev, dosent Mənsur Bərxudarov, professor Fikrət Yusifov, professor İrşad Kərimov, dosent Sərvinaz Xanlarzadə bir sıra təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, yaxın günlərdə mərkəz rəhbərlərinin elmi fəaliyyətə dair hesabatları dinləniləcəkdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay