A

UNEC-in beynəlxalq reytinq mövqeyinin yaxşılaşdırılması məqsədilə tədbirlər planı çərçivəsində mütəmadi olaraq SCOPUS-a daxil olan jurnallarda çap edilən məqalələrə tələblər haqqında təlimlər keçirilməsi planlaşdırılır.

“Nüfuzlu elmi jurnallar üçün tədqiqat sənədlərinin yazılması” mövzusunda təlim 21 yanvar 2019-cu il tarixində UNEC professor-müəllim heyəti, doktorant və dissertantları üçün EFTİED-nin Elmmetriya şöbəsi tərəfindən təşkil edilmişdir.

EFTİE departamentinin əməkdaşı Şəfa Əlizadə SCOPUS bazasına daxil olan “International Journal of Emerging Markets”, “Economics and Sociology” jurnalları, gələcəkdə bu elmmetrik bazaya daxil olan məqalələrin çap etdirilməsi imkanları və jurnal axtarış bazası haqqında geniş məlumat verilmişdir. Bununla yanaşı 9-11 iyul 2019-cu il tarixlərində UNEC-də “Davamlılıq və İqtisadi Təhsil” mövzusuna həsr edilmiş “V Ömürboyu Təhsil və Liderlik Beynəlxalq Elmi Konfrans”ın keçiriləcəyi barədə məlumat paylaşdırılmışdır.

Məruzəçi Şəhriyar Muxtarov tədqiqatın strukturu, yazılma ardıcıllığı haqqında geniş məlumat vermişdir. Təlimdə iştirak edən professor-müəllim heyəti tərəfindən məruzə böyük maraqla dinlənmişdir. Təlim qarşlıqlı şəkildə müzakirələr və disskusiyalar əsasında davam etmişdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay