A

UNEC-in Maliyyə və mühasibat fakültəsində “Rəqəmsal ödəniş  sistemlərinin tətbiqi və genişləndirilməsi” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Elnur Sadıqov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın strateji məqsədlərindən danışıb. Bildirib ki, məqsəd vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin daha da genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir.

Məruzədə qeyd olunub ki, rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcəkdir.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay