A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Beynəlxalq elmi jurnallar və nəşr qaydaları” mövzusunda təlim keçirilib.

Doktorant və dissertantların məlumatlandırılması məqsədilə təşkil olunan təlimdə Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Elmmetrika şöbəsinin əməkdaşı tədqiqatçıların dissertasiyalarının əsas elmi nəticələrinin dərc edilməsi qaydaları haqqında təqdimatla çıxış edib.

Sonra “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti Valeria Kurmakayeva beynəlxalq jurnalların tələbləri və onlara çıxış modelləri, impakt faktor, kvartallar (Q1-Q4), istinad edilmə standartları (EndNote Match), məqalələrin strukturu, məqalələr üçün diləkçə məktubunun (cover letter) yazılması qaydası və rəy prosesi barədə ətraflı məlumat verib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay