A

İlk seminar Maliyyə və mühasibat fakültəsində baş tutub.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti direktoru prof. Z.F.Məmmədov, Doktorantura şöbəsinin müdiri dos. H.İ.Həmidov və İqtisadi nəzəriyyə kafedrasının müdiri prof. Ə.P.Babayev qaydalarda edilən dəyişikliklər barədə ətraflı məlumat veriblər.

Bu yöndə növbəti tədbir UNEC-in II tədris korpusunda keçirilib. Seminarda İqtisadiyyat, Texnologiya və dizayn, Ekspertiza və standartlaşma fakültələrinin və Rus İqtisad Məktəbinin dekanları, dekan müavinləri, kafedra müdirləri və müəllimləri iştirak ediblər.  İnteraktiv şəkildə keçən toplantıda UNEC-in professor-müəllim heyətinin mövzuya dair suallarını məruzəçilər dolğun cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilib. Sənədin icrasını təmin etmək məqsədilə UNEC-in rektoru  tərəfindən universitetdə elmi dərəcələrin və elmi adların verilməsi ilə bağlı yeniliklərin və dəyişikliklərin tətbiqinə dair Əmr verilib və buna əsasən Tədbirlər Planı hazırlanıb.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay