A

Biznes və menecment fakültəsində “Biznesdə innovasiya layihələrinin bazar münasibətləri şəraitində inkişaf istiqamətlərimövzusunda elmi seminar keçirilib.

Seminarda fakültə dekanı, dosent Mirağa Əhmədov mövuzunun aktuallığından və milli innovasiya sisteminin gücləndirilməsi məqsədilə qəbul olunan dövlət proqramlarından söz açıb.

“Biznesin idarə edilməsi” kafedrasının baş müəllimi Afaq Aslanova isə ölkəmizdə milli innovasiya sisteminin əsas göstəricilərinin araşdırılması məqsədilə innovasiya sahəsində dünyada mövcud olan reytinqləri açıqlayaraq, iki beynəlxalq reytinq araşdırmasını seminar iştirakçılarının nəzərinə çatdırıb.

Mövzu ətrafında çıxış edən “Biznesin idarə edilməsi” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev ölkədə innovasiya prosesinin milli iqtisadiyyatın davamlı inkişafında böyük rol oynadığını, bu baxımdan hazırda biznesin innovasiyalı inkişafını stimullaşdırmaq məqsədi ilə zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Sonra kafedranın dosenti Niyazi Həsənov dünyanın böyük şirkətlərinin innovasiya fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Sonda  iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay