A

UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzində Qiyabi təhsil şöbəsi tələbələrinin və universitetin professor-müəllim heyətinin iştirakı ilə “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı” mövzusunda seminar keçirilib.

Məqsəd UNEC tələbələrində ekoloji mədəniyyəti və ictimai mənafe yönümlü fəaliyyəti formalaşdırmaq və inkişaf etdirməkdir.  

Seminarı giriş sözü ilə açan mərkəzin direktoru Səbuhi Tanırverdiyev son illər ekoloji durumun və sakinlərin sağlamlığının təmin edilməsi məqsədi ilə təkcə Bakıda deyil, ümumilikdə ölkədə görülən işlərdən danışıb, məişət tullantılarının yığılması, daşınması, emalı sahəsində dünya təcrübəsindən nümunələr göstərib.

Sonra çıxış edən UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova bir il ərzində, Bakının bütün ərazilərində yeni çeşidləyici konteynerlərin qoyulması prosesinin sürətləndiyini deyib. Bildirib ki, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun fəaliyyətə başlaması emal üçün yararlı olan kağız, şüşə, plastik, metal, habelə digər xammalın ayrılmasına, nəticədə tullantıların ümumi həcminin azalmasına, ölkədə təkrar emalın formalaşdırılmasına və ən əsası, tullantıların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsinə imkan verib.

UNEC-in “Ətraf mühitin iqtisadiyyatı” kafedrasının müəllimi Afaq Hacıyeva isə “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı” adlı təqdimatında məişət tullantılarının çeşidlənməsinin cəmiyyət və dövlət üçün iqtisadi və ekoloji faydasını izah edib.

Daha sonra müzakirə edilən məsələlər istiqamətində tələbələrin fəaliyyətinin gücləndirilməsi, istər paytaxt ərazisində, istərsə də bütün ölkədə bu problemlərlə bağlı ciddi təbliğat və maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac olduğu diqqətə çatdırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay