UNEC SABAH Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tələbələrarası intellektual yarış keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd tələbələrin dünyagörüşünü genişləndirmək, analitik və məntiqi düşünmə qabiliyyətlərini inkişaf etdirmək, komandada işləmək və rəqabət şəraitində özünü ifadə etmək bacarıqlarını gücləndirmək olub.
Gərgin və maraqlı mübarizə şəraitində baş tutan yarışda müxtəlif fakültələri təmsil edən tələbə komandaları biliklərini sınayıblar. Sualların müxtəlif sahələri əhatə etməsi yarış iştirakçılarına geniş spektrdə düşünmə və komanda daxilində effektiv əməkdaşlıq imkanları yaradıb.
Yarışın nəticələrinə əsasən, “Nuhun Gəmisi” komandası birinci, “Simpsons” ikinci, “Financium” isə üçüncü yerə sahib olub.
Qalib komandalar UNEC SABAH Mərkəzi THİK tərəfindən kubok, medal və diplomlarla təltif olunublar.