A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə “Azərbaycanda multikulturalizmin tarixi kökləri” mövzusunda onlayn seminar keçirilib.

Tədbiri Tədris və təlim texnologiyaları üzrə prorektor, dos.Anar Rzayev açaraq qeyd etdi ki, cari tədris ilində təsdiqlənmiş tədbirlər planına uyğun olaraq departament tərəfindən virtual məkanda onlayn tədbirlərin  keçirilməsinə başlanılıb. Prorektor Azərbaycanda multikulturalizmin, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Qeyd etdi ki, multikultural dəyərlər baxımından Azərbaycan xalqı ruhən zəngin bir xalq olaraq dünyaya nümunədir.

Departamentin rəhbəri dos.Gülnarə Rzayeva “Azərbaycanda  multikulturalizmin tarixi kökləri” mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycanda multikulturalizm qədim tarixə əsaslansa da, onun  dövlət səviyyəsində təşviqi  Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında xüsusi dövlət qayğısı ilə əhatələnib. Sonra “Humanitar fənlər” kafedrasının professoru Məhəbbət Paşayeva Azərbaycanın tarixən müxtəlif  mədəniyyətlərin qaynayıb qarışdığı, əsrlər boyu  etnik və dini müxtəliflik mühitinin formalaşdığı, xalqların və konfessiyaların  sülh və dostluq, qarşılıqlı anlaşma və dialoq şəraitində birgə yaşadığı  bir ölkə olaraq tanınması haqqında ətraflı məlumat verdi.

Seminar çərçivəsində müəllimləri maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırıldı.

TOP XƏBƏRLƏR